Keyt Blanşet Trampın bacısı “olacaq”

09:00 20-03-2021 418

Avstraliyalı aktrisa Keyt Blanşet ABŞ-ın eks-prezidenti Donald Trampın bacısı rolunu canlandıracaq.

“Screen Daily” bu barədə rejissor Ceyms Qreyə istinadən xəbər yayır.

“Time of Armageddon” filmini Qrey öz xatirələrinə əsasən çəkəcək. O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın məzun olduğu məktəbi bitirib.

Nyu-Yorkda baş tutacaq filmin çəkilişləri hazırda koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlər səbəbindən dondurulub. Filmdə Enn Heteuey, Robert De Niro, Oscar Ayzek, Donald Sazerlend və başqalarının da rol alacağı planlaşdırılır.

Qrey hesab edir ki, bütün aktyorlar peyvənd olunacaq və çəkilişlərdə iştirak edə biləcək.