Amerika sakini yataq otağının altında bomba sığınacağı aşkarladı – VİDEO

04:20 22-03-2021 560

ABŞ-ın Kaliforniya ştatı sakini öz yataq otağında yeraltı bomba sığınacağına aparan girişi aşkar edib.

“Soyuq müharibə” dövründə inşa olunduğu güman edilən sığınacağın görüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşılıb.

Cennifer Litl evdəki mebelin yerini dəyişərkən bu tapıntını edib. Yeraltı sığınacaq çoxsaylı rəflərlə, ayaq yolu və iki mərtəbəli çarpayı ilə təchiz olunub.