Polis bir gündə axtarışda olan 12 nəfəri saxladı

14:00 23-03-2021 514

Martın 22-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə DİN məlumat yayıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə də iki nəfər ölüb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.