Cessika Alba kinodan uzaqlaşma səbəbini açıqladı

02:40 26-03-2021 462

Tanınmış amerikalı aktrisa Cessika Alba karyerasını yarımçıq qoyaraq, böyük ekranı tərk etməsinin səbəbini açıqlayıb.

“Entertainment Tonight” resursunun məlumatına görə, onu bu addımı atmağa səhhətindəki ciddi problemlər sövq edib.

“Mənim anam çox cavan ikən, təxminən 20 yaşında olan zaman xərçəng xəstəliyinə tutulub. Mən də xroniki xəstəliklə böyümüşəm. 11 yaşımadək 5 dəfə əməliyyat olunmuşam. Xroniki allergiyadan əziyyət çəkmişəm, tez-tez xəstəxanada yatmışam”, - deyə aktrisa bildirib.

O qeyd edib ki, 2008-ci ildə ana olduqdan sonra səhhətinə daha ciddi yanaşmağa başlayıb və məhz bu səbəbdən kino aləmindən uzaqlaşıb.

Hazırda Alba özünün təsis etdiyi və qeyri-toksik məhsullar istehsal edən “The Honest Company” şirkətinin rəhbəridir.

Xatırladaq ki, aktrisa “Qara mələk” serialında, həmçinin “Fantastik dördlük” seriyasından olan filmlərdə çəkilib.