Aqutin Varumla boşanması barədə: “Belə uzun müddət birlikdə yaşamaq olmaz”

05:40 26-03-2021 496

Rusiyalı bəstəkar və müğənni Leonid Aqutin həmkarı Anjelika Varumla boşanmasına dair yayılan xəbərləri şəhr edib.

NTV telekanalının məlmatına görə, ulduzlar artıq 20 ildir ki birlikdədirlər və ayrılmağı düşünmürlər.

Aqutinin sözlərinə görə, mətbuat onları ən az 15 dəfə “boşayıb”.

“Belə uzun müddət birlikdə yaşamaq olmaz. Odur ki, mən onları başa düşürəm. Biz uzağı 5 il birlikdə yaşayıb ayrılmalı idik. Şaiyələr də burdan qaynaqlanır. Valideynlərimiz ilk boşanma xəbərlərinə qarşı həssas idilər, lakin artıq onlar da öyrəşiblər”, - deyə ifaçı bildirib.