ABŞ-da kotecə daxil olan ayı cakuzidə vanna qəbul edib – VİDEO

06:40 26-03-2021 495

ABŞ sakini Todd Treboni həyat yoldaşı ilə birlikdə Tennesiyə istirahətə yollanıb.

Yerli istirahət mərkəzlərinin birində, kotecdə məskunlaşan cütlük səhər yuxudan ayılarkən qəribə qonaqla rastlaşıblar.

Qara ayı onların kotecinin qarşısında gəzişərək, həyətdəki cakuzidə vanna qəbul edib.

Vəhşi heyvanın məzəli görüntülərini mobil telefonla qeydə alan Todd videonu “Instagram” hesabında paylaşıb.