Ən cazibədar məşhurların adları açıqlanıb – FOTO

20:40 26-03-2021 521

Britaniyanın “Daily Mail” nəşri 40 yaşdan yuxarı ən cazibədar dünya ulduzlarının siyahısını açıqlayıb.

Reytinq Britaniya əhalisi arasında keçirilən sorğunun nəticələri əsasənda tərtib olunub.

Siyahıya amerikalı ifaçı və aktrisa Cennifer Lopez başçılıq edib. Rəyi soruşulanların 38%-i 52 yaşlı müğənniyə səs verib.

İkinci yerdə onun həmyaşıdı, kino aktrisası Cennifer Eniston qərarlaşıb. Respondentlərin 34%-i amerikalı kino ulduzunu ən cazibədar hesab edib.

Viktoriya Bekhem və Naomi Kempbel də  “orta yaşlı gözəllər” arasına daxil edilib.

Siyahıda təkcə qadınlara deyil, kişilərə də yer verilib. Belə ki, reytinqə Uill Smit, Bred Pitt, Tom Kruz kimi tanınmışların adları da daxil olunub.