Dördayaqlı “sürücü” sükan arxasına keçib - VİDEO

01:20 27-03-2021 559

Rusiyanın Tümen vilayətində avtomobil sahibi olan xanım sükan arxasına öz itini əyləşdirib.

Müvafiq görüntülər “Instagram”da paylaşılıb.

Kadrlarda dördayaqlı “sürücünün” sükan arxasında dayanaraq, hərəkətdə olan avtomobili idarə etməsi əks olunub.

Avtomobilin təxminən saatda 30-40 km/saat sürətlə hərəkət etdiyi bildirilib.

Hadisə ilə bağlı Tümen yol polisi idarəsində araşdırma aparılır.