Conni Depin şikayəti məhkəmə tərəfindən rədd edilib

01:40 27-03-2021 515

Tanınmış Hollivud ulduzu Conni Dep keçmiş həyat yoldaşı, aktrisa Amber Hördə qarşı 12 zorakılıq faktında iddiham olunub.

“Deadline” resursunun məlumatına görə, aktyor iddianı irəli sürən “The Sun” tabloidinə qarşı məhkəmə işini uduzub. Lakin bununla sakitləşməyən məşhur London məhkəməsinin qərarından appelyasiya şikayəti verib. Britaniya appelyasiya məhkəməsi isə onun bu şikayətini rədd edərək, əvvəlki hökmü qüvvədə saxlayıb.  

Qeyd edək ki, bu qərardan sonra “Warner Bros” kinostudiyası Deplə olan müqaviləsini ləğv edib.

Xatırladaq ki, aktyor öz keşmiş həyat yoldaşını da böhtanda günahlandıraraq məhkəməyə verib. A.Hörddən 50 milyon dollar təzminat tələb olunub. Sözügedən işlə bağlı məhkəmə 2022-ci ilin əvvəlində ABŞ-da keçiriləcək.