ABŞ səmasında qəribə işıqlar görünüb – VİDEO

08:20 27-03-2021 440

ABŞ-ın qərb ştatlarının səmasında qəribə işıqlar qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, qeyri-adi görüntülər barədə Sietl şəhər metereologiya xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə şahidlərinin çəkdikləri və sosial şəbəkələrdə paylaşdıqları videoların təhlili nəticəsində ehtimal olunur ki, səmadakı işıqlar “SpaceX” şirkətinin “Falcon 9” raketinin ikinci pilləsinin atmosferdə yanan qalıqları ola bilər.

Qeyd edək ki, sözügedən işıqlar əhali arasında müəyyən təşvişə səbəb olub. Bəziləri onları digər aləmlərdən gələn işarətlərə bənzədiblər.