Türkiyədə liftdə qalan qızın xilaskarı ona evlənmək təklif etdi - VİDEO

05:00 29-03-2021 549

Türkiyənin Bolu şəhərində qeyri-adi evlənmə təklifi qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, xilasetmə xidmətində çalışan Çağatay Depe adlı oğlan qız tanışının liftdə qalmasını təşkil edib.

Daha sonra xanımı “əsarətdən” xilas edən qəhrəman onun qarşısında diz çökərək, evlənməyi təklif edib.

Bir qədər əvvəl qorxulu anlar yaşayan qız üçün bu, əsl sürpriz olub. Çaşqın vəziyyətdə qalan xanım xilaskarının təklifini qəbul edib.