Məşhur ifaçı ata olmağa hazırlaşır - FOTO

02:40 30-03-2021 521

31 yaşlı məşhur ifaçı Ceyson Derulo və sevgilisi 27 yaşlı bloqer Cena Frumesin tezliklə uşaqları dünyaya gələcək.

Bu barədə ulduzlar özlərinin “Instagram” hesabından bildiriblər.

“Həyatımızın yeni fəslində inanılmaz dərəcədə xoşbəxtik”, - deyə Ceyson qeyd edib.

Cena isə sadəcə “ana və ata” şərhi ilə kifayətlənib.

Qeyd edək ki, Ceyson və Cena koronavirus pandemsiyasından az əvvəl görüşməyə başlayıblar. Dünyaya gələcək uşaq “Whatcha Say”, “In my head”, “Ridin Solo”, “What If”, “Don’t Wanna Go Home” kimi hit mahnıları ilə sevilən Ceyson Derulonun ilk övladı olacaq.