Gömrük planı artıqlaması ilə icra edib - RƏSMİ + FOTO

15:00 01-04-2021 452

Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 faiz əməl edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.

Onun sözlərinə əsasən, ilkin məlumata görə, nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.