SOCAR Ukraynanın nəhəng zavodunu xammalla təchiz edə bilər

17:20 21-04-2021 438

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” hazırda Odessa Liman Zavodunun tollinq prinsipi əsasında xammal təchizatı və hazır məhsul təhvili ilə bağlı elan etdiyi tenderdə iştirak edir.

Bu barədə HerGun.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, tender proseduru hələ yekunlaşmayıb və tender proseduruna mane olmamaq üçün təqdim olunan təklifin şərtləri tender müddətində açıqlanmır:

“Tollinq əməliyyatı zavodu xammal ilə təmin etmək və sonradan satış məqsədi ilə hazır məhsulu əldə etməkdən ibarətdir. Odessa Liman Zavodu ammiak və karbamid istehsal edir, xammalı isə təbii qazdır”.

Qeyd edək ki, Odessa Liman Zavodu Ukraynanın kimya sənayesində fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. Zavod ammonyak, karbamid, maye azot, karbon dioksidi, maye oksigen, natrium sulfat istehsalında ixtisaslaşıb.