Rok mahnını türküyə çevirən məşhur qınaq mənbəyi oldu

07:00 25-04-2021 474

Türkiyəli məşhur müğənni İzzet Yıldızhanın son ifası izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

“Hürriyet” məlumat verir ki, Yıldızhanın həmkarı Pinhaninin “Dünyadan uzak” mahnısını oxuma tərzi sosial mediada gündəm olub.

İzləyicilərin çoxu onun rok üslubunda olan mahnını türküyə çevirdiyi üçün qınayıblar.

Mügənni özü isə bütün qınaqlara “Yaxşı ki, oxumuşam”, - deyə cavab verib.