Nyu-Yorkda repçi DMX-in qeyri-adi dəfn korteci maraqla qarşılanıb – VİDEO

08:20 26-04-2021 591

Nyu-York küçələrilə hərəkət edən məşhur repçi DMX-in dəfn korteci böyük maraq doğurub.

Sosial şəbəkələrdə kortecin görüntüləri paylaşılıb.

Görüntülərdə reperin nəhəng avtomobil üzərindəki tabutu nəzərə çarpır. Avtomobili yüzdən çox motosikletçi izləyir.

Qeyd edək ki, DMX aprelin 9-da ürək tutmasından vəfat edib. Onunla vida mərasimi Bruklindəki “Barclays Center” arenasında keçirilib.