Klip çəkmək başlarına bəla oldu: Reperləri həbs gözləyir - VİDEO

03:40 27-04-2021 459

Rusiyanın Sankt-Peterburq şəhərində “XIII qrup”un ifaçıları həbs olunub.

Səbəb isə iki həftə əvvəl baş tutan klip çəkilişidir.

Bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, klip çəkilişi üçün artistlər yolu bağlayıblar və orada drift həyata keçiriblər.

Hazırda “Qryaznıy Lui”, “Brick Bazuka” və “Yara Sunshine” (reperlərin ləqəbləridir) haqqında cinayət işi qaldırılıb. Onlar yol hərəkətinə mane olmaqda ittiham olunurlar.

İfaçıları bir ilə qədər həbs gözləyir.