Uşağın köpək balığından xilas olma anı - VİDEO

05:00 10-05-2021 559

ABŞ-ın Havay adaları sahilində dənizə girən uşaq qorxulu anlar yaşayıb.

“Haber Global”ın məlumatına görə, aclıq hissi yırtıcı köpək balığını sahilədək gətirib.

Bu zaman suda olan azyaşlı ona toxunan vəhşi balığı fərq edib. Qız özünü itirməyərək cəld tərpənib və yırtıcının iti dişlərindən xilas olmağı bacarıb.

Ətrafdakılar uşağın xilasını möcüzə kimi qiymətləndiriblər.