Yaponiyalıların çox hissəsi Olimpiya oyunlarının keçirilməsinin əleyhinədir

02:40 11-05-2021 350

Yaponiya əhalisinin 59 faizi COVID-19 virusunun yayılması fonunda Tokio Yay Olimpiya Oyunlarının ləğv edilməsini və ya təxirə salınmasını daha məqsədəuyğun sayır.

Sorğunu Yaponiyanın nüfuzlu “The Yomiuri Shimbun” nəşri aparıb.

Respondentlərin 39 faizi isə bu il keçirilməsi nəzərdə tutulan Tokio Yay Olimpiya oyunlarının baş tutmasını arzu edir.

Lakin Olimpiya Oyunlarının keçirilməsini istəyən insanların böyük əksəriyyəti (23 faizi) hesab edir ki, idman yarışları azarkeşlərin iştirakı olmadan baş tutmalıdır.

Xatırladaq ki, Tokio Olimpiadası 2021-ci il 23 iyul - 8 avqust tarixlərində baş tutmalıdır.