ABŞ, Fransa və Yaponiya birgə hərbi təlimlərə başlayıb

15:20 11-05-2021 322

ABŞ, Fransa və Yaponiya ordusunun elit bölmələri ilk dəfə olaraq şəhər şəraitində döyüş əməliyyatlarının aparılması üzrə birgə təlimlərə başlayıb.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Yaponiyanın cənub-qərbindəki Küsü adasındakı poliqonda baş tutacaq.

Təlimdə təxminən 220 xüsusi təyinatlı hərbçi iştirak edəcək. Bu məqsədlə hərbi poliqon xüsusi olaraq hazırlanıb.

Hərbi təlimlərə may ayının 17-də yekun vurulacaq.