Bakıda kişi arvadını bıçaqladı
23:40 22-05-2021 579
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Atakişiyeva Səbirə Ənvər qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.