Nazirliyin nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI + QİYMƏTLƏR

17:40 31-05-2021 535

79 dövlət əmlakı hərraca çıxarılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən HerGun.Az-a verilən məlumata əsasən, növbəti hərrac 29 iyun tarixində baş tutacaq.

Hərraca çıxarılacaq dövlət əmlaklarına 35 səhmdar cəmiyyətinin səhmləri, 28 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisəsi və yarımçıq tikili aiddir.  

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin qiyməti 1 000 manatdan başlayır və 40 000 manata qədər artır. Nəqliyyat vasitələrinin hərrac qiyməti ilə siyahıdan tanış ola bilərsiniz.

Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.