OPEK+ nazirləri aprel planının müddətini uzatdılar

20:40 01-06-2021 450

OPEK+ ölkələri nazirlərinin toplantısı hasilatın artırılması üzrə hazırda qüvvədə olan razılaşmanın müddətinin uzadılması barədə qərar qəbul edib.

TASS xəbər verir ki, nazirlər aprel planının iyul ayınadək qüvvədə qalacağını təsdiq ediblər.

Məlumata əsasən, OPEK+ ölkələrinin növbəti toplantısı iyul ayında keçiriləcək.