Uzun müddətdən sonra Azərbaycan neftinin qiyməti 70 dollar həddini aşdı

11:40 02-06-2021 450

Azərbaycan neftinin qiyməti 70 ABŞ dolları həddini aşıb.

“Azeri Light” markalı neftin bir bareli 0,9 ABŞ dolları və ya 1,29 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 70,57 ABŞ dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.