Şəhidin xatirəsinə həsr olunmuş “Dost bulağı”nın açılışı olub - FOTO

18:20 02-06-2021 577

Bu gün Vətən müharibəsi şəhidi, Milli Aviasiya Akademiyasının (MAA) məzunu Məmmədov Vüsal Avtandil oğlunun doğum günüdür. O, 1997-ci il iyunun 2-də anadan olub. 

HerGun.Az-ın məlumatına görə, bu gün şəhidin yaşadığı evin yanında onun əziz xatirəsinə həsr olunmuş “Dost bulağı”nın açılış mərasimi keçirilib.

Mərasimdə MAA-nın müəllim heyəti və şəhidin qrup yoldaşları iştirak edib. Şəhidimizin məzarı üstünə əklil qoyulub.