ABŞ-da təqaüdçü qadın cavan vaxtı itirdiyi üzüyünü 63 il sonra tapdı

03:00 16-06-2021 463

ABŞ-ın Nyu-York ştatında valideynlərinin ölümündən sonra onların yaşadığı evi təmizləyən qadın oradan üzük aşkar edib.

UPI nəşri xəbər verir ki, Meri Co Orzek uzun sürən axtarışlardan sonra zinət əşyasının sahibini taparaq üzüyü ona qaytara bilib.

Belə ki, üzüyün üzərində olan “Lackawanna High School 1955” imzası M. Orzekə onun sahibini tapmaqda kömək edib.

Qadın əvvəl kitabxanada məktəbin məzunlarının albomlarını axtarıb, lakin onun axtarışları nəticə verməyib.

Bu zaman onun köməyinə kitabxana rəhbəri gəlib.

Məhz onun yardımı ilə üzüyün sahibi tapılıb.

Məlum olub ki, üzüyün sahibi Yucin Darmstedter adlı təqaüdçüdür.

Y. Darmstedter bildirib ki, o, üzüyü 1958-ci ildə itirib.

Lakin əşyanın niyə məhz M. Orzekin valideynlərinin evindən çıxmasına heç cür izah verə bilməyib.

Təqaüdçünün sözlərinə görə, indi üzük onun barmağında hədiyyə kimi verildiyi vaxtdan daha yaxşı oturur.