Sərhəddən qanunsuz olaraq dərman və siqaret keçirilməsinə cəhd edilib - FOTO
13:00 22-06-2021 483
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Mercedes-Benz” və “İveco” markalı nəqliyyat vasitələri saxlanılıb.
Dövlət Gömrük Komitəsindən HerGun.Az-a verilən məlumata əsasən, gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 3 229 həb və 363 ədəd müxtəlif adda dərman preparatları, 2 600 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.