Altı övladı olan qadın əri tərəfindən bıçaqlandı

21:00 27-06-2021 492

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Hüseyn qızı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı Ramiz Məhhərəmov tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hhadisəni törədən 1970-ci il təvəllüdlü Ramiz Məhərrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, əri tərəfindən bıçaqlanan Zülfiyyə Məhərrəmova 6 uşaq anasıdır.