Gəncədə bıçaqlanma olub

01:00 29-06-2021 496

Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə şəhərin “Qələbə” parkında qeydə alınıb. Belə ki, parkda bir nəfər (ad və soyad dəqiqləşdirilir-red) bıçaqlanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.