Bakıda 17 yaşlı qız naməlum şəraitdə bıçaqlanıb

01:20 01-07-2021 527

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mərdənov qardaşları küçəsində baş verib.

2004-cü il təvəllüdlü Xəlilova Pərvin Zamin qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırır.