Baş icraçı direktor: “Yeni layihələr qiymətlərin azalmasına səbəb ola bilər”

13:00 01-07-2021 502

“Turizm sektorunda qiymətlərin artması bizim də diqqətimizdə olan məsələlərdəndir”. 

HerGun.Az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib. 

O bildirib ki, turizm sektorunda qiymətlərin tənzimlənməsi qurumun səlahiyyətlərinə daxil deyil: 

“Bazaryönümlü iqtisadiyyatda qiymətlər tələb və təklif əsasında formalaşır. Tərəfimizdən müəyyən xidmət və turizm məhsullarının yaradılması işləri aparılır. Qonaq evlərinin və eko-turizmin yaradılmasına çalışırıq. Bununla da qiymətlərə nəzarət etmirik, sadəcə təklif olunan turizm xidmətlərini artırırıq”. 

O qeyd edib ki, bu cür layihələrin tədbiqi ilə hər bir turistin büdcəsinə uyğun turizm xidmətləri təqdim etməyə çalışılır ki, bu proqramların da qiymətlərin azalmasına səbəb ola bilər.

Nigar Məmmədova