Körpəni bir neçə dəqiqəyə yatızdırma üsulu sosial şəbəkələrdə inanılmaz sürətlə yayıldı - VİDEO

04:40 02-07-2021 541

Körpəni maraqlı üsulla bir neçə dəqiqə ərzində yatızdırmaq barədə video sosial şəbəkələrdə sürətlə kimi yayılıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Dörd uşaq anası Daniel Menton Kellinin paylaşdığı kadrlarda həkimin onun südəmər körpəsini qucağında yellədərək yatızdırması əks olunub.

Həkimin tövsiyəsinə əsasən ana ayaq üstə dayanmalı və körpəni kürəyi üstündə əllərində saxlamalıdır. Bu formada qalmaq uşağın düzgün həzmini təmin edir.

Kadrlardan görünür ki, bu formada yatan körpə bir neçə dəqiqə ərzində yuxuya gedir.

“Tez-tez valideynlərin  körpənin sinəsini sığalladığını görmək olar, ancaq bunun heç bir faydası yoxdur”, - deyə həkim vurğulayıb.

Baş verənləri kənardan izləyən ana oğlunun heç bir zaman bu dərəcədə rahatlandığını görmədiyini bildirib.

“Bu, əladır”, - deyə o bildirib.