Hava şarının evə çırpılması nəticəsində 11 nəfər yaralandı – FOTO/VİDEO

02:40 10-07-2021 548

Yeni Zelandiyada hava şarının düşməsi nəticəsində azı 11 nəfər yaralanıb.

Bu barədə NZ Herald xəbər verib.

Bildirilir ki, şar Cənub adadakı Erroutaun yaşayış məntəqəsi yaxınlığındakı evin üzərinə düşüb.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Sosial şəbəkələrdə hava şarının qəzadan əvvəlki görüntüləri də yayılıb.