Koronavirusa üç dəfə çox yoluxma riski olan insanlar açıqlandı

19:20 10-07-2021 458

Hamilə qadınlarda koronavirusa yoluxma ehtimalı digər insanlardan üç dəfə çoxdur.

TASS-ın məlumatına görə, bu barədə Rusiyada Kemerovo Dövlət Tibb Universitetinin və Çita Dövlət Tibb Akademiyasının alimləri bildiriblər.

Araşdırmaya görə, COVID-19-a yoluxan hamilə qadınların 80 faizi xəstəliyin yüngül və asemptomatik gedişatına sahibdir. Bu cür xəstələr ümumi əhalidən nisbətən 3,5 faiz çox reanimasiya və anesteziya şöbələrinə köçürülüblər, lakin müalicələri üçün ağciyərlərin mexaniki havalandırması aparatına daha az ehtiyac olub.

Ayrıca, koronavirusa yoluxan hamilələrdə, yoluxmayanlara nisbətən üç dəfə çox erkən doğuş baş verib və həmin hallada 1,5 dəfə çox  qeysəriyyət əməliyyatına müraciət edilib.