Neft-qaz sektorunda çalışanların maaşı digərlərindən beş dəfə çoxdur - RƏSMİ

11:20 15-07-2021 459

2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 724 manat təşkil edib.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalıb.

Əməkhaqqı neft-qaz sektorunda 3 215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olub.

Nigar Məmmədova