Gömrük nəzərdə tutulandan 287 milyon manat çox ödəniş yığıb - RƏSMİ + FOTO
16:20 03-08-2021 668
“Dövlət Gömrük Komitəsi cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulun büdcə öhdəliyinə 113,44 faiz əməl edib”.
HerGun.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.
O bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 287,14 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
İlkin məlumata görə, Dövlət #Gömrük Komitəsi cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulan #büdcə öhdəliyinə 113.44 % əməl edib. Nəzərdə tutulan #proqnozdan əlavə 287.14 milyon #manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
— Safar Mehdiyev (@SafarMehdiyev_) August 3, 2021