Azərbaycan bayraqları Helsinkidəki stadiona buraxılmadı
19:40 12-08-2021 394
Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyunununa Azərbaycan bayrağı buraxılmayıb.
HerGun.Az-ın xəbərinə görə, oyunun keçiriləcəyi “Bolt Arena”nın əməkdaşları bunun UEFA-nın tələbi olduğunu bildirib.
Xatırladaq ki, görüşü 40-a yaxın Helsinki və yaxın ətrafdakı şəhərlərdən gəlmiş azərbaycanlı azarkeşlər də izləyəcək.
Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səbuhi Musayev, Helsinki