Lukaku: “Droqba ilə daima əlaqədəyik”

00:20 18-08-2021 449

“İnter”dən İngiltərənin “Çelsi” klubuna transfer olan Romelu Lukaku “zadəganlar”ın sabiq hücumçusu Didye Droqba ilə olan münasibətlərindən danışıb.

28 yaşlı forvardın fikirləri “Çelsi” klubunun rəsmi saytında dərc edilib.

“Bizim münasibətlərimiz mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Droqba ilə iki-üç gündən bir danışıram! Onunla daim əlaqədəyik.

Mənim çox suallarım olub, o, hələ də burada çox adamı tanıyır. Didye məni bir çox məqamlara hazırladı. İndi komanda yoldaşlarımı və baş məşqçini daha yaxından tanımalı və ən qısa zamanda “Çelsi”yə kömək etməyə hazır olmalıyam”, - deyə belçikalı hücumçu vurğulayıb.

Qeyd edək ki, R.Lukaku 115 milyon avro qarşılığında “Çelsi”yə transfer olunub.