UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin ilk pley-off oyunları keçirilib

01:40 18-08-2021 391

UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin ilk pley-off qarşılaşmaları baş tutub.

“Monako” doğma divarlar arasında Donetsk “Şaxtyor”uyla bacarmayıb. Görüş ukraynalıların minimal üstünlüyü ilə başa çatıb - 0:1.

“Zalsburq” (Avstriya) öz meydançasında qonaqların öhdəsindən son dəqiqələrdə vurduğu qolla gəlib. “Brondbü” Vyana səfərində 2:1 hesablı məğlubiyyətlə üzləşib.

“Şerif” (Moldova) isə Zaqreb “Dinamo”sunu 3 cavabsız qolla üstələyib.

Qeyd edək ki, cütlüklərin cavab görüşləri avqustun 24-də keçiriləcək.