İTV Avropa çempionatını göstərəcək

17:40 18-08-2021 410

Qadın voleybolçular arasında Avropa çempionatının oyunlarını “İctimai TV” canlı yayımlayacaq.

Bu barədə HerGun.Az-a İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov deyib.

Qeyd edək ki, Avropa çempionatı 18 avqust – 4 sentyabr tarixlərində dörd ölkədə – Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada təşkil olunacaq.

Millimiz A qrupunda meydan sahibi Serbiya, Rusiya, Fransa, Belçika, Bosniya və Herseqovina ilə mübarizə aparacaq.

Avropa çempionatı bu gün Bolqarıstan – Yunanıstan və Rumıniya – Türkiyə görüşləri ilə start götürəcək. Millimiz isə ilk görüşünü avqustun 20-də Belçikaya qarşı keçirəcək.

Səbuhi Musayev