Formula 1 Yaponiya Qran-prisi ləğv olunacaq

19:00 18-08-2021 378

Formula 1 rəsmi açıqlama verərək Yaponiya Qran-prisinin ləğv olunduğunu təsdiqləyib.

F1news.ru bu barədə xəbər yayıb.

Qərar Yaponiyada koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi fonunda verilib.

Formula 1-də təqvimin yenidən hazırlanmış versiyası üzərində iş gedir. Detallar yaxın həftələrdə ictimaiyyətə açıqlanacaq.