“Qarabağ” yeni hücumçu transfer edib

20:40 18-08-2021 372

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.

Son klubu Norveç “Haugesund”u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Afrikalı oyunçu “Qarabağ”da 25 nömrəli formanı geyinəcək.