“Barsa” maliyyə burulğanında: Daha bir futbolçu maaşının azaldılmasına razılıq verdi

22:20 18-08-2021 408

İspaniya millisinin və “Barselona” klubunun yarımmüdafiəçisi Serxio Roberto maaşının azaldılmasına razılıq verib.

Bu barədə Sport.es portalı məlumat yayıb.

Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi 2022-ci il iyununda başa çatacaq.

28 yaşlı futbolçu ilə yeni müqavilənin şərtləri artıq razılaşdırılıb.

Avqust ayında futbolçu ilə yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Jerar Pike də maaşının azaldılmasına və ödənişin bir neçə ay sonra edilməsinə razılıq vermişdi.