“Qarabağ” və “Neftçi”nin yeni liqada qruplara düşmək üçün son şansı

10:00 19-08-2021 370

Bu gün UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

HerGun.Az xəbər verir ki, Azərbaycanın iki təmsilçisi – “Qarabağ” və “Neftçi” yeni turnirin qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.

“Qarabağ”ın rəqibi olan Şotlandiya dördüncüsü “Aberdin” Azərbaycan futboluna yeni rəqib komanda sayılır. Lakin İsrail çempionu olan Hayfa “Makkabi”si artıq üçüncü dəfə Azərbaycana gəlir. İsrailin 13 dəfə çempionu olmuş Hayfa təmsilçisi Azərbaycan üçün həm uğurlu, həm də uğursuz rəqib sayılır.

Belə ki, 1999-cu ildə “Qarabağ” bu komandaya Bakıda 0:1 uduzsa da, İsraildə 2:1 qalib gəlib. Bu, Azərbaycan klublarının avrokuboklarda mərhələ adladığı ilk belə hal kimi tarixə düşüb. Lakin 2013-cü ildə bu komanda Avropa Liqasında “Xəzər Lənkəran”a ümumi hesabda 10:0 qalib gəlib. Belə ki, yəhudilər keçmiş “Kiryat-Eliezer” stadionunda 2:0, Lənkəranda isə 8:0 hesabı ilə qələbə qazanıb.    

Avropa Konfrans Liqası

Pley-off, ilk oyun

19 avqust

20:00 “Qarabağ” – “Aberdin” (Şotlandiya)

Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Aleksandar Kasapoviç, Asmir Saqrkoviç (Sloveniya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

21:00 “Neftçi” – “Makkabi” (İsrail)

Baş hakim: Delajo Vili, Mehdi Rahmuni, Ervan Kristof Fanjon, Toma Leonar (Fransa)

Bakı. “Bakcell Arena”

Səbuhi Musayev