Türkiyə millisinin daha bir futbolçusu İngiltərə Premyer Liqasında oynayacaq - FOTO

13:40 19-08-2021 377

Türkiyə millisinin və “Fənərbağça” klubunun futbolçusu Ozan Tufan İngiltərə Premyer Liqasında oynayacaq.

HerGun.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Ze Atletik” nəşrinin jurnalisti Adam Levental öz “Twitter” hesabında bildirib.

Onun paylaşımına görə, “Fənərbağça” və İngiltərə Premyer Liqasının debütantı “Votford” klubu futbolçunun icarəsi barədə razılığa gəlib. Futbolçu hələ ki Böyük Britaniyaya gəlməyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında Türkiyə millisinin digər futbolçusu Çağlar Söyüncü də çıxış edir. O, “Lester Siti”nin şərəfini qoruyur .

Səbuhi Musayev