“Zalsburq” və “Şerif” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - VİDEO
01:20 26-08-2021 856
UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raundunun cavab qarşılaşmaları baş tutub.
“Zalsburq” - “Brondbü” cütlüyündə sevinən tərəf hər iki matçda 2:1 hesablı qələbə qazanan Avstrya klubu olub.
Moldovada “Şerif”ə 3:0 uduzan Zaqreb “Dinamo”su isə ev oyununda qolsuz heç-heçə etdikdən sonra Çempionlar Liqası ilə vidalaşıb.
Qeyd edək ki, “Monako” Donetsk “Şaxtyor”uyla səfər qolu qaydası ləğv olunduğu üçün əlavə vaxta gediblər.
Ukraynalılar birinci oyunda minimal hesabla (1:0) qalib gəlmişdilər.
Hazırda “Monako” Donetskdə qalib gəlir. 2:1. Hesab əlavə vaxtda da dəyişilməsə, komandalar arasında penaltilər olacaq.