Həftə sonunun ən maraqlı futbol qarşılaşmaları - AFİŞA

11:40 28-08-2021 408

Həftə sonu futbol azarkeşlərini bir-birindən maraqlı futbol qarşılaşmaları gözləyir.

Bu gün İngiltərə Premyer Liqasında baş tutacaq qarşılaşmalar arasında iki oyun xüsusi maraq doğuracaq. 

İki turdan sonra xal toplaya bilməyən “Arsenal” klubu səfərdə ötən tur “Norviç”i darmadağın edən “Mançester Siti” ilə üz-üzə gələcək. London klubunun heyətində Qabriel, Eddi Nketia, Tiaqo Tomas və Ben Vaytın oynamaycağı dəqiqdir. “Şəhərlilər”in heyətində isə De Brünye, Liam Depal, Fil Foden və Benjamin Mendi bu oyunu buraxmalı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Bundan başqa, ilk iki turdan sonra altı xala malik olan iki klub - “Liverpul” – “Çelsi” qarşılaşması Bakı vaxtı ilə 20:30-da baş tutacaq. “Çelsi”nin heyətində Ruben Loftus-Çik və Kristian Plusiçin oynamayacağı dəqiqdir.

Avqustun 29-da Fransa çempionatında baş tutacaq “Reyms” – PSJ oyunu da xüsusi diqqət mərkəzində olacaq. PSJ-nin yeni transferi olan Lionel Messinin bu qarşılaşmada debut etməsi gözlənilir. Oyun Bakı vaxtı ilə 22:45-də başlanacaq.

Avqustun 30-da isə İspaniya La Liqasında baş tutacaq “Atletiko Madrid” – “Vilyareal” qarşılaşması Bakı vaxtı ilə 00:00-da start götürəcək. İlk iki turdan sonra Madrid “Atletiko”su altı xalla 4-cü, “Vilyareal” isə iki xalla 13-cü yerdə qərarlaşıb.