“Arsenal” 66 il sonra Premyer Liqanın ən pis startını etdi

20:20 28-08-2021 397

“Arsenal” bu mövsüm futbol üzrə İngiltərə Premyer Liqasındakı çıxışı ilə son 66 ilin ən pis göstəricisinə imza atıb.

Belə ki, “topçular” ilk üç görüşün hər birində məğlub olmaqla xal qazana bilməyib. “Arsenal” sonuncu dəfə 1954-1955-ci illər mövsümünə üç məğlubiyyətlə başlayıb. Həmin vaxt ardıcıl olaraq “Nyukasl”, “Everton” və “Vest Bromviç” kollektivləri “Arsenal” üzərində qələbə qazanıb.

Mənbə: Championat.com