Avropa çempionatı: Şahmatçılarımızdan ikisi üçüncü turu qələbə ilə başa vurub

01:00 29-08-2021 428

İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda şahmatçılarımız Rauf Məmmədov Vojtech Plat (Polşa), Nicat Məmmədov Martin Vekker (Almaniya) üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Nicat Abasov Hans Stefansson (İslandiya), Vasif Durarbəyli David Gavrilescu (Rumıniya), Riad Səmədov Alexander Domalchuk (Ukrayna) ilə heç-heçə ediblər. Təmsilçilərimizdən Aydın Süleymanlı Liviu Dieter Nisipeanu (Almaniya) ilə qarşılaşmada uduzub.

Qeyd edək ki, iki turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, V.Durarbəyli 2, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.