“Yuventus” Ronaldusuz ilk oyununda A Seriyasının debütantına uduzdu - VİDEO

02:00 29-08-2021 479

“Yuventus” A Seriyasının ikinci turunda, portuqaliyalı ulduz Kriştianu Ronaldusuz ilk oyununda öz evində debütant “Empoli”yə minimal hesabla məğlub olub.

Görüşdə yeganə qolu 21-ci dəqiqədə Leonardo Mankuzo vurub.

Beləliklə, ilk turda “Udineze” ilə 2:2 hesablı heç-heçə edən “Yuve” iki turdan sonra 1 xalla 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Kriştianu Ronaldu “Yuventus”dan “Mançester Yunayted”ə transfer olunub.